Parlamentin payız sessiyasında ilk komitə iclası keçirilib
Bildirilib ki, ötən növbədənkənar sessiya ərzində komitənin 3 iclası keçirilib, komitənin gündəliyinə çıxarılan qanun layihələri müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, növbədənkənar sessiya dövründə komitəyə daxil olan ərizə, məktub və müraciətlər komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Hesabat dövründə Elm və təhsil komitəsinin üzvü olan deputatlar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq seçicilərin qəbulunu həyata keçiriblər və görüşlərdə qaldırılan məsələlərə diqqətlə və həssaslıqla yanaşıblar.
Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı və komitə üzvü İsa Həbibbəyli hesabatla bağlı çıxış edərək sənədi qənaətbəxş sayıblar və bildiriblər ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda mütəmadi çıxışlar ediblər.
Azvision.az
Teqlər: Milli-Məclis







Vaxtında, Aydın, Lazımlı!


