COVID-dən sağalanlar nə vaxt vaksinasiya oluna bilərlər?
"Hazırda Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.
Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır".
Azvision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


