Azərbaycanda koronavirusa 2 254 yeni yoluxma qeydə alınıb

   Azərbaycanda koronavirusa 2 254 yeni yoluxma qeydə alınıb
  09 Sentyabr 2021    Oxunub:793
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddət ərzində isə ümumilikdə 4 608 573 test aparılıb.

Azvision.az



Teqlər: Azərbaycan   Koronavirus  



Xəbər lenti