"Rusiya açıq oynamağa başlayır" - Deputatın şərhi

 "Rusiya açıq oynamağa başlayır" -  Deputatın şərhi
  10 Sentyabr 2021    Oxunub:1587
"Bir dövlət, ən çox da oturuşmuş və ənənəsi olan dövlət o zaman açıq oyuna başlayır ki, artıq öz istədiyini gizli və dolayı yollarla yeridə bilmir. Buna potensialı çatmır".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. O qeyd edib ki, bir çox ekspertlər general Mixail Kosobokovun Rusiyanın Qarabağda "sülhməramlı" adı altında yerləşdirdiyi hərbi kontingentinə komandan təyin edilməsini və eyni gündə polkovnik Dmitri Ovçarovun Ermənistandakı 102-ci hərbi bazaya rəhbər göndərilməsini Moskvanın burada artıq açıq oyuna başlaması kimi qiymətləndirirlər:
- Bu zaman nəyə əsalanırlar? İlk növbədə ona əsaslanırlar ki, general Kosobokov özünün seperatçı ünsürlərə sevgisi və onlarla sıx işbirliyində olmasıyla tanınır. O, təkcə Rusiyanın Abxaziyadakı bazasanın komandiri olmayıb. Eyni zamanda hələ polkovnik rütbəsindəykən adı Donbasdakı seperatçılarla sıx əlaqədə hallandırılıb və Ukraynada hərbi cinayətkar sayılır.

Alıyevin sözlərinə görə, Kosobokov kimi desantçılar məktəbinin yetirməsi olan Dmitiri Ovçarov isə 2008-ci ildə Gürcüstanla savaşda fərqlənənlərdən biridir. Onun adı Qafqazda bir sıra “özəl” əməliyyatlarda hallandırılır və zamanında kazakların cəlb olunduğu polka rəhbərlik edib:
"Kazakların missiyalarının nədən ibarət olduğu heç kəsə sirr deyil. Açığı, mən Rusiyanın bu iki hərbçisinin bizim regiona gəlməsiylə burada nələrinsə əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmürəm. General Kosobokovu 2017-ci ildə Krımda keçirilən hərbi parada rəhbərlik etməyə göndərənlər yəqin, “Krım platfomrası”nın varlığından və rəsmi Bakının o platformaya yanaşmada ölçülü-biçili davranışlarından xəbərdardılar. Ondan da xəbərdardılar ki, Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığı yaradılıb və böyük döyüş təcrübəsi olan dörd generalın yer aldığı komandanlığa seperatçı-terrorçu ünsürlərə qan uddurmasıyla tanınan general Bəxtiyar Ersay rəhbərlik edir. Xoş gəldiniz paşalar, vətəniniz Azərbaycana!"

Azvision.az



Teqlər: Sahib-Alıyev   Qarabağ   Tükiyə  



Xəbər lenti