Ramiz Göyüşov YAP-dan çıxarılıb

 Ramiz Göyüşov YAP-dan çıxarılıb
  10 Sentyabr 2021    Oxunub:1301
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
Azvision.az -ın xəbərinə görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

15:01

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılır.

Azvision.az-ın xəbərinə görə, İdarə Heyətinin üzvləri məsələ ətrafında çıxış edirlər.

R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə bu il iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videogörüntüləri yayılıb.


Azvision.az




Teqlər: YAP   İclas  



Xəbər lenti