Türkiyə və Pakistanın xüsusi təyinatlıları Bakıya gələcək

   Türkiyə və Pakistanın xüsusi təyinatlıları Bakıya gələcək
  11 Sentyabr 2021    Oxunub:1961
Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Azvision.az



Teqlər: MN   Təlim  



Xəbər lenti