Azərbaycanda 2 372 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

   Azərbaycanda 2 372 nəfər koronavirusa yoluxub,    34 nəfər vəfat edib
  11 Sentyabr 2021    Oxunub:1935
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 511 nəfər müalicə olunaraq sağalıb, 6 065 nəfər vəfat edib, aktiv xəstə sayı 45 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 215, ötən müddət ərzində isə ümumilikdə 4 639 460 test aparılıb.

Azvision.az



Teqlər: Yoluxma   Koronavirus  



Xəbər lenti