***
Bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri təşkil edilir.
Azvision.az xəbər verir ki, hAzvision.az xəbər verir ki, tədbir Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start götürüb.
Əvəlcə Türkiyənin bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyub. Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.
"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.
Digər şəkillərə fotolentdə baxa bilərsiniz:
Foto:Anar Bayramlı
Video: Əhməd Xəlilov
Azvision.az