Hazırki epidemioloji vəziyyət müsbətdir - Baş infeksionist

   Hazırki epidemioloji vəziyyət müsbətdir -     Baş infeksionist
  15 Sentyabr 2021    Oxunub:1094
Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün azalır. Ölkədə hazırki epidemioloji vəziyyəti müsbət qiymətləndirirəm.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, sağalanların sayı yoluxanlarla nisbətdə hər gün çoxalır.

“Bu, ölkədə səhiyyə sisteminə düşən yükün azalması deməkdir. Bu göstəricilər müsbət dinamikadan xəbər verir. Statistik rəqəmlərə görə, yoluxmaların sayı əsasən Bakı şəhəri üzrədir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  



Xəbər lenti