Bu gündən başlayaraq oktyabrın 1-dək ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir. Artıq Bakıda və Abşeron yarmadasında fasilələrlə yağış yağmağa başlayıb, hətta bəzən leysan xarakterli olub. Paytaxt sakinlərinin kimisi yağışın romantikasını yaşayır, kimisi də onun gətirdiyi problemlərin həllinə çalışır.
Azvision.az-ın fotoqrafı Anar Bayramlı ("Flash") Bakı küçələrində yağışlı havada yaşanan mənzərələri fotoya köçürüb.