"Peyvəndləmə səviyyəsi yüksəkdir" - İlham Əliyev

   "Peyvəndləmə səviyyəsi yüksəkdir" -    İlham Əliyev
  04 Noyabr 2021    Oxunub:951
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa dövr ərzində nadir və aparıcı təsisatlardan birinə çevrilə bildi. Qlobal Bakı Forumu gündəlikdə olan təxirəsalınmaz məsələlərin müzakirəsinə imkan yaradacaq”.
AzVision.az -ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib. Dövlət başçısı əlavə edib ki, hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Belə ki, yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır: "Biz əsasən SinoVac və Pfizer vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksək olmaqla yanaşı könüllüdür".

Prezident bildirib ki, pandemiya başladıqdan ilk günlərdən etibarın Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi: "Biz yanvarın 18-dən bu il regionda ilk ölkələrdən biriyik ki, yaşı 18-dən yuxarı olan əhalinin yarısından çoxunu - təxminən 60% əhalini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanalarını açdıq və demək olar ki, 4000-ə yaxın çarpayı potensialı ilə bu təsisatları qurduq. Hazırda pandemiyadan əziyyət çəkən çox sayda insana xidmət göstərilir. İndi pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət yalnız binalar daxilində olduqda maskaların taxılması tələbi var. Biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev  



Xəbər lenti