"Ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidir" - Şahmar Mövsümov
Pandemiyaya qalib gəlmək üçün bütün dünya ölkələrinin səylərini birləşdirməsinin vacibliyini vurğulayan Şahmar Mövsümov bildirib: “COVID-19 qlobal pandemiyadır. Hər hansı ölkə bu bəlanın öhdəsindən təkbaşına gələ bilməz. Pandemiyaya qarşı mübarizədə bütün ölkələr səylərini birləşdirməlidirlər ki, COVID-19-a tezliklə qalib gəlmək mümkün olsun”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Foruma ayın 6-da yekun vurulacaq. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: Pandemiya







Vaxtında, Aydın, Lazımlı!


