Bakı və Abşeronda toz dumanı müşahidə olunur

Bakı və Abşeronda toz dumanı müşahidə olunur
  04 Noyabr 2021    Oxunub:706
Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz-dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır: "Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır".

AzVision.az


Teqlər: Hava   Toz  



Xəbər lenti