Prezidentin köməkçisi: "Əməkhaqlarının artması tələbatı da artırır"

      Prezidentin köməkçisi:    "Əməkhaqlarının artması tələbatı da artırır"
  04 Noyabr 2021    Oxunub:1082
"Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumi daxili məhsulun artımına baxmaq lazımdır".
AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, hazırda əməkhaqlarının artımına baxılır.

"Əməkhaqlarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək",-deyə o əlavə edib.

Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb.

AzVision.az


Teqlər:



Xəbər lenti