“Amnistiya aktının qəbul edilməsi humanist addımdır” - Səbinə Əliyeva

   “Amnistiya aktının qəbul edilməsi humanist addımdır” -    Səbinə Əliyeva
  06 Noyabr 2021    Oxunub:692
“Bu il Novruz bayramı öncəsi Prezident İlham Əliyev tərəfindən Əfv sərəncamı imzalandı. Zəfər bayramı öncəsi isə Amnistiya aktının olması bizi çox sevindirir. Biz bunu alqışlayırıq”.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. O bildirib ki, Amnistiya aktının qəbul edilməsi humanist addımdır:

"Zəfər bayramı bizim üçün ən müqəddəs bayramdır. Onun ildönümünə Prezident İlham Əliyev tərəfindən belə humanist addımın atılması çox müsbət haldır. Çox sevinirik. Çünki bu bir fərdin sevincli günü deyil. Bir ailənin, bir nəslin sevincidir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Amnistiya  



Xəbər lenti