Bakıda iki minik avtomobili toqquşub, yanğın baş verib

Bakıda iki minik avtomobili toqquşub, yanğın baş verib
  07 Noyabr 2021    Oxunub:1122
Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  



Xəbər lenti