ABŞ Kolumbiyaya müraciət etdi

ABŞ Kolumbiyaya müraciət etdi
  28 Mart 2014    Oxunub:1032
Ağ Ev Kolumbiya hökümətinə Quantanamo həbsxanasında cəza çəkən məhbusları öz həbsxanalarında yerləşdirməsi üçün müraciət edib.

AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat verib.
Nazir Marii Olqin bildirib ki, Vaşinqton hazırda Quantanamo məhbuslarının köçürülməsi barədə digər xarici ölkələr ilə də əlaqələr yaratmaq istəyir: “Biz bu müraciəti diqqətlə dinlədik. Hələlik hansısa qərarın qəbul edilməsi barədə heç bir cavab verməmişik” - deyə Olqin vurğulayıb.

Qeyd edək ki, bundan bir qədər öncə Uruqvayın prezidenti Xose Muxiko Quantanamo məhbuslarından 5-ni öz ölkəsində yerləşdirməyə razılıq verib. Beləliklə Latın Amerika ölkələri arasında Uruqvay Quantanamo məhbuslarını qəbul etmək istəyən ilk ölkə olub. Həmin məhbuslar Uruqvaya yaxın iki il ərzində gətiriləcək. Bundan əlavə prezident Muxiko məhbusların ailələrini də öz ölkəsində yerləşdirməyə razılıq verib.


Teqlər:  





Xəbər lenti