Kəlbəcərdə mühəndis texnikalarımız atəşə tutulub- Müdafiə Nazirliyi

   Kəlbəcərdə mühəndis texnikalarımız atəşə tutulub- Müdafiə Nazirliyi
  09 Noyabr 2021    Oxunub:1493
Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

- Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır-,nazirliyin yaydığı məlumatda deyilir.

AzVision.az



Teqlər: Kəlbəcər   Atəş  



Xəbər lenti