Dörd məktəbdə əyani dərslər bərpa olundu

 Dörd məktəbdə əyani dərslər bərpa olundu
  10 Noyabr 2021    Oxunub:752
Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

AzVision.az


Teqlər: Məktəb  



Xəbər lenti