"Abituriyentlər coğrafiyadan imtahan verməklə hər iki altqrupu seçə biləcəklər" - DİM

   "Abituriyentlər coğrafiyadan imtahan verməklə hər iki altqrupu seçə biləcəklər" -    DİM
  10 Noyabr 2021    Oxunub:687
2022-ci ildə III qrup üzrə TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcəklər.
AzVision.az xəbər verir ki, hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Beləliklə, abituriyentlər təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM  



Xəbər lenti