Ordunun tabor komandirləri arasında yarış keçirilib

Ordunun tabor komandirləri arasında yarış keçirilib
  12 Noyabr 2021    Oxunub:1234
2021-ci ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.



Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək nəticələr əldə edən zabitlər "Ən yaxşı motoatıcı (dağatacı) tabor komandiri" adına layiq görülüblər.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti