Masallıda mebel fabriki yanır

Masallıda mebel fabriki yanır
  13 Noyabr 2021    Oxunub:1137
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
AzVision.az bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

AzVision.az



Teqlər: Mebel-fabriki   Yanğın  



Xəbər lenti