Ceyhun Bayramov Topçubaşovun nəvəsinin qəbrini ziyarət edib - FOTOLAR

Ceyhun Bayramov Topçubaşovun nəvəsinin qəbrini ziyarət edib -    FOTOLAR
  13 Noyabr 2021    Oxunub:2506
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin məzarını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”, - C. Bayramov qeyd edib.









AzVision.az





Teqlər: Ceyhun-Bayramov   Ziyarət  



Xəbər lenti