Daşkəsəndə şəhidin anım mərasimi keçirilib
Çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdən, Azərbaycan Ordusunun qüdrətindən və şəhid Rüfət Sadıqovun həyat və döyüş yolundan danışıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon bölməsi tərəfindən Şəhidin “Vətən uğrunda” medalı anası Tərifə Ağacanova təqdim olunub. Şəhidin anası Tərifə Ağacanova ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Sadıqov Rüfət Vaqif oğlu 13 noyabr 1995-ci ildə Daşkəsən rayonu Quşçu kəndində doğulub. 2013-cü ildə Quşçu kənd Əli İsmayılov adına tam orta məktəbi bitirib. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N hərbi hissəsində xidmətə başlayıb. Xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif olunub.
Rüfət Sadıqov Vətən Müharibəsində 4 oktyabr 2020-ci ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Nəşi tapılaraq 19 dekabr 2020-ci ildə Daşkəsən Şəhidlər xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Şəhid Rüfət Sadıqov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


