Gömrükçülər 218 kiloqram heroin aşkarladılar

Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
  15 Noyabr 2021    Oxunub:564
Gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində məlumat verib.

Komitə sədri qeyd edib ki, əməliyyatçıların peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə -heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

AzVision.az


Teqlər: Gömrük  



Xəbər lenti