Bu günə qədər 61 məktəb koronavirusa görə bağlanıb

Bu günə qədər 61 məktəb koronavirusa görə bağlanıb
  16 Noyabr 2021    Oxunub:1441
Bu ilki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.

AzVision.az



Teqlər: Məktəb   İstilik  



Xəbər lenti