Valideyn himayəsindən məhrum olan 64 uşaq ailələrinə qaytarılıb

 Valideyn himayəsindən məhrum olan 64 uşaq ailələrinə qaytarılıb
  18 Noyabr 2021    Oxunub:805
Bu il valideyn himayəsindən məhrum olan 64 uşaq öz ailələrinə qaytarılıb.

AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, "Himayədar ailə" layihəsi vasitəsilə uşaqlar ailə qayğısına qovuşacaq və təlim-tərbiyə görəcək".
Nazir müavini qeyd edib ki, bu ay ərzində Qəbələdə bərpa mərkəzi açılacaq və orada sağlamlıq imkanları məhdud uşaqlar müalicə olumacaq: "Bu il ərzində Şəmkirdə də belə mərkəzin açılması gözlənilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Uşaq   Ailə  



Xəbər lenti