Gələn həftədən məktəblərdə "Zəfər Tarixi" dərsi keçiriləcək
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Zəfər yolu" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, bu dərslik əvvəlki illərdə tədris olunan Qarabağ tarixi fakültətiv məşğələsinin ardı kimi tədris ediləcək.
Nazir qeyd edib ki, bu dərsi oxuyan hər bir şagird Hərbi Qənimətlər Parkında və işğaldan azad edilmiş ərazilərdə olmalıdır:
“Tədrisi bu formada təşkil etmək daha düzgündür. Bu baxımdan "Zəfər tarixi" dərsliyindəki mövzuların təliminin həmin yerlərdə təşkilini çox vacib hesab edirəm".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


