Orduda erməni təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib

   Orduda erməni təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib
  20 Noyabr 2021    Oxunub:620
Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.
AzVision.az -ın məlumatına görə, qeyd olunub ki, son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.

Nazir dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

AzVision.az



Teqlər: MN  



Xəbər lenti