Nobel mükafatçısı: “Sosial şəbəkələr “yalan virusu” yaradır”
Xanım jurnalist sosial şəbəkələri arqumentləri söz azadlığının xeyrinə düzgün istifadə etməməkdə günahlandırıb.
- Bu əlçatanlıq azadlığıdır, söz azadlığı məsələsi deyil. Bizim informasiya ekosistemimizdə nə isə kökündən düz deyil. Çünki faktları təqdim edən platformalar əslində həqiqətə uyğun deyil, - xəbərlərin çatdırılması üzrə dünyada nəhəng platforma olan “Facebook”u nümunə gətirən Mariya Ressa vurğulayıb.
Belə kəskin mövqe sərgiləyən xanım Ressanın 2012-ci ildə həmtəsisçi kimi yaratdığı “Rappler” xəbər veb-saytı Filippində ən məşhur xəbərlər agentliyindən birinə çevrilib.
Ötən ayın əvvəllərində isə “demokratiya və möhkəm sülhün müqəddiməsi olan fikir azadlığı uğrunda cəsarətli mübarizəyə görə” Mariya Ressa rusiyalı jurnalist Dmitri Muratovla birgə Nobel Sülh mükafatına layiq görülüb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Sosialşəbəkə yalan







Vaxtında, Aydın, Lazımlı!


