Göyçayda avtomobil qəzası- Ölən var

Göyçayda avtomobil qəzası-  Ölən var
  20 Noyabr 2021    Oxunub:2115
Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Xəlitli kəndində "Mercedes" və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər: Göyçay   Yol-Qəzası  



Xəbər lenti