Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
  23 Noyabr 2021    Oxunub:784
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən AzVision.az -a verilən məlumata görə,noyabr ayının 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

AzVision.az



Teqlər: DSX   Narkotik  



Xəbər lenti