"Türk mədəniyyətində başqa xalqların abidələrı dağıdılmır" - Mehmet Nuri Ersoy

 "Türk mədəniyyətində başqa xalqların abidələrı dağıdılmır" -   Mehmet Nuri Ersoy
  24 Noyabr 2021    Oxunub:1211
"Azəbaycanın işğaldan azad edilən torpaqlarında mədəni abidələr dağıdılıb, mədəniyyətdən intiqam alınıb, irs silinməyə çalışılıb. Lakin tarixi abidələrə ziyan vurmaqla tarix dəyişdirilməz. Bu elə də asan deyil".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, Qarabağda dağıdılan abidələri yenidən bərpa etməliyik: "Türk mədəniyyətində başqa xalqlara məxsus abidələr dağıdılmır, əksinə bərpa edilir. Bu yüz illər boyunca gözəl mesaj oldu. Lakin işğaldan azad edilən Qarabağ torpaqlarında dağıntıları gördük".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Abidə  



Xəbər lenti