Təhsil naziri Mixail Şvıdkoyla görüşüb

Təhsil naziri Mixail Şvıdkoyla görüşüb
  24 Noyabr 2021    Oxunub:660
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə nazir özünün Tviterdəki səhifəsində məlumat yayıb.

“Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - nazir bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti