Tələbə kredit sistemi fevralın 16-a qədər açıq olacaq

   Tələbə kredit sistemi fevralın 16-a qədər açıq olacaq
  26 Noyabr 2021    Oxunub:1683
Təhsil tələbə krediti sistemi növbəti semestr başlayana qədər, yəni fevralın 16-a qədər açıq olacaq.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, bu dövrdə tələbələr eyni zamanda növbəti semestr üçün müraciət etməlidir:

"Təhsil tələbə krediti verilərkən hər hansı başqa şərt nəzərə alınmır. Yəni tələbənin özünün və ya valideynlərinin hər hansı kredit borcu varsa, bu zaman bunlar nəzərə alınmır və məhdudiyyət qoyulmur. Problemli kredit təhsil krediti almaq üçün maneə yaratmır.

Bu gün 60-dan artıq ölkə təhsil tələbə krediti sistemini tətbiq edir. Bu sistemdə uğurlu ölkələrin - ABŞ, Holandiya, Cənubi Koreya, Norveç və digər ölkələrin təcrübəsi öyrənilib. Uğursuz təcrübələr də var idi. Polşada sistem fəaliyyətə başlayıb, amma dövlət dəstəyi davamlı olmadığı üçün iflasa uğrayır. Azərbaycandakı kimi rahat sistem yoxdur. Tələbələrdən girov istənilmir, faiz dərəcəsi aşağıdır, güzəşt müddəti var".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti