Bu həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

   Bu həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
  26 Noyabr 2021    Oxunub:1228
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

AzVision.az


Teqlər: COVID-19   həkim  



Xəbər lenti