Milli Məclisin deputatı İsveçə gedəcək
Azay Quliyev hazırkı beynəlxalq siyasi məsələlər, ATƏT PA-nın 2022-ci ildəki fəaliyyəti və prioritet istiqamətləri ilə bağlı keçirilən müzakirələrdə iştirak edəcək və hər iki məsələ ətrafında Azərbaycanın mövqeyi, xüsusilə postmünaqişə dövrü ilə bağlı görülən işlər və mövcud vəziyyət barədə çıxış edəcək. Deputatımız, həmçinin İsveç parlamentində “Helsinki+50 fəaliyyətə çağırış” mövzusunda təşkil olunacaq dinləmələrdə iştirak edəcək və mövzu ilə bağlı fikirlərini bildirəcək.
Daha sonra Azay Quliyev və digər büro üzvləri Stokholmda keçirilən ATƏT-in Nazirlər Şurasının iclasında müşahidəçi qismində iştirak edəcəklər.
AzVision.az
Teqlər: ATƏT







Vaxtında, Aydın, Lazımlı!


