"Kiyevin NATO ölkələri kimi təhlükəsizlik qarantı yoxdur"-Stoltenberq
- Ukrayna NATO üzvü deyil. Ona görə də Kiyevin bir-birini müdafiə etməyə borclu olan NATO ölkələrində olan təhlükəsizlik qarantı yoxdur. Hansılar ki, onlardan birinə hücum olsa, bu ölkələr bir-birini müdafiə etməyə borcludurlar.
Bununla yanaşı, Stoltenberq hesab edir ki, Ukraynanın alyansa üzv olmaq şansı var.
Xatırladaq ki, rəsmi Kiyev və bir sıra Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında aqressiv davranışları artırmasından narahat olduqlarını bildiriblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə buna cavab olaraq bildirib ki, ölkəsi öz ərazisi daxilində qoşun yerdəyişməsi edir. Onun sözlərinə görə, bu heç kimi təhdid etmir və heç kimi də narahat etməməlidir. Moskva bir sıra Qərb KİV-lərinin Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplaması ilə bağlı xəbərlərini dəfələrlə təkzib edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: NATO Rusiya Ukrayna Qoşun Müharibə Sərhəd







Vaxtında, Aydın, Lazımlı!


