İlin sonuncu Günəş tutulması olacaq

   İlin sonuncu Günəş tutulması olacaq
  03 Dekabr 2021    Oxunub:620
Sabah ilin sonuncu Günəş tutulması baş verəcək.
AzVision.az xəbər verir ki, bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq və 4 saat 8 dəqiqə davam edəcək.

Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

AzVision.az



Teqlər: Günəş  



Xəbər lenti