Raket və Artilleriya Qoşunları təlimdə - VİDEO

   Raket və Artilleriya Qoşunları təlimdə -    VİDEO
  03 Dekabr 2021    Oxunub:950
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a bildirilib ki, təlimlərdə digər qoşun növlərilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilərək komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.



Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Bölmələr şərti düşmən hədəflərini sərrast atəş zərbələrilə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

AzVision.az



Teqlər: Təlim  



Xəbər lenti