Əfqanıstanda qadınlar zorla evləndirilməyəcək - Talibandan qərar

Əfqanıstanda qadınlar zorla evləndirilməyəcək -  Talibandan qərar
  03 Dekabr 2021    Oxunub:1698
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı rəhbərliyi qadınların hüquqları ilə bağlı qərar imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi Zəbiullah Mücahid “Twitter”də paylaşım edib.

“Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadənin imzaladığı sənədə əsasən, qadın zorla nikaha daxil edilə, kişilər arasında barış və və ya düşmənçiliyə son qoymaq üçün alətə çevrilə bilməz. Həmçinin, deyilir ki, əri öldükdə dul qadın onun əmlakının bir hissəsindən paya sahibdir. Qadın öz gələcəyini müstəqil şəkildə müəyyən edə, xüsusən də yenidən ailə qura bilər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Taliban  



Xəbər lenti