Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər - YENİLƏNİB
Vurğulanıb ki, Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir.
Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
***
19:34
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçıları iki ölkənin münasibətləri, Azərbaycan və Ermənistan arasında baş verən prosesləri müzakirə ediblər. Həmçinin, Suriya, Liviya və Ukrayna başda olmaqla regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Rəcəb-Tayyib-Ərdoğan Vladimir-Putin