Ucarda yol qəzası - 3 nəfər yaralanıb

Ucarda yol qəzası -     3 nəfər yaralanıb
  05 Dekabr 2021    Oxunub:829
Ucarda bu gün axşam saatlarında baş verən avtomobil qəzasında 3 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 LN 502 dövlət nömrə nişanlı “Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri-1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları- 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

AzVision.az


Teqlər: Ucar   yol   qəza  



Xəbər lenti