"Türkiyə qardaş ölkələrin yanında olmağa davam edəcək" - Hulisi Akar

   "Türkiyə qardaş ölkələrin yanında olmağa davam edəcək" -   Hulisi Akar
  05 Dekabr 2021    Oxunub:1163
"Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində vicdanlı və ümumbəşəri prinsiplərlə, böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib".
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan və Liviyada, eləcə də Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, həmçinin digər ölkələrdə öz tarixinə, mədəniyyətinə və əcdadlarına uyğun olaraq, vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində böyük səylə çalışaraq, insan haqları, regional və dünya sülhünə mühüm töhfələr verib.

Hulusi Akar qeyd edib ki, Türkiyə bundan sonra da dost və qardaş ölkələrin yanında olmağa davam edəcək.

AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti