Prezidentliyə namizəd Fransanın NATO-dan çıxmasını istəyir

Prezidentliyə namizəd Fransanın NATO-dan çıxmasını istəyir
  05 Dekabr 2021    Oxunub:791
Fransa prezidentliyinə namizəd, ifrat sağçı Erik Zemmur ölkənin NATO-dan çıxmasını istəyir.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Mən Fransanın NATO-nun vahid hərbi komandanlığından çıxmasını istəyirəm", - deyən Zemmur Paris ətrafındakı Villepinte sərgi kompleksində tərəfdarları qarşısında çıxış edərkən deyib.

Fransız jurnalist və yazıçı Erik Zemmur noyabrın 30-da 2022-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib.

AzVision.az


Teqlər: Fransa  



Xəbər lenti