ÜST "omikron" ştammının gedişi barədə məlumat açıqlayıb

ÜST "omikron" ştammının gedişi barədə məlumat açıqlayıb
  06 Dekabr 2021    Oxunub:821
“İlkin məlumatlar göstərir ki, koronavirusun yeni "omikron" ştammına yoluxmuş şəxslər bu xəstəliyi daha yüngül formada keçirirlər”.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove deyib.

Bununla belə ÜST rəsmisi bu barədə qəti fikir söyləməyin hələ tez olduğunu əlavə edib. Onun sözlərinə görə, bu, xəstələrdə yoluxmanın ilkin mərhələləri ilə bağlı ola bilər: "Yeni ştamma yoluxan neçə xəstənin bunu ağır keçirdiyini müəyyən etmək bir neçə həftə çəkə bilər".

Xatırladaq ki, "omikrom"a ilk yoluxma Afrikanın cənubunda qeydə alınıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ÜST   Omikron  



Xəbər lenti