Ermənistanda virusdan ölənlərin sayı 7 691 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7 691 nəfərə çatıb
  06 Dekabr 2021    Oxunub:513
Ermənistanda son sutka ərzində daha 95 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 340 818 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 8 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 691-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1456 nəfərdir. Aktiv xəstələrin sayı 9 787 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   COVİD-19  



Xəbər lenti