Paşinyanın partiyasından uğursuzluq: Cəmi 16 rayonda qalib gəldilər

Paşinyanın partiyasından uğursuzluq:   Cəmi 16 rayonda qalib gəldilər
  06 Dekabr 2021    Oxunub:891
Ermənistanın 9 vilayətinin 36 rayonunda yerli özünüidarə orqanlarına proporsional sistem üzrə seçkilər keçirilib.
AzVision.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının saytı ilkin nəticələri açıqlayıb. Məlumata görə baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 36 rayondan yalnız 16-da 50%-dən çox səs toplayıb.

Ermənistanın bəzi kəndlərində seçki boykot edilib
“Vətəndaş müqaviləsi” Aştarak, Talin, Ararat, Artaşat, Armavir, Metsamor, Vaqarşapat, Razdan, Jermuk, Vardenisdə qalib gəldiyi təqdirdə, Aparan, Masis, Vedi, Qavar, Abovyan, Nor Açin, Yeqnadzində uduzub.

Hakim partiya ölkənin üçüncü böyük şəhəri sayılan Vanadzorda keçirilən seçkilərdə uduzsa da, digər 20-dən çox kiçik yaşayış məntəqəsində qalib gəlib. Səsvermənin ilkin nəticələrinə görə, seçicilər Vanadzorun hazırkı meri Mamikon Aslanyanın alyansına 38,7%-dən çox, “Vətəndaş müqavilə” partiyasına isə 25,06% səs verib.

Qeyd edilir ki, Aparanda rekord sayda seçici fəallığı qeydə alınıb - 64,7%. Bütün bülletenlər işləndikdən sonra ​​müxalif blok "Karen Yeqiazaryan"a 66,69%, Paşinyanın partiyası isə 33,31% səs toplayıb.
Bundan əlavə, Qeqarkunik rayonunun iki kəndi - Uovaqyux və Semenovka seçkiləri boykot edib və bir nəfər də olsun seçici səsverməyə gəlməyib. Qeyd edək ki, seçkilərdə 130 partiya və siyasi tşkilat nümayəndəsindən 4,2 minə yaxın namizəd iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Seçki   Ermənistan  



Xəbər lenti