ABŞ-ın ermənipərəst sabiq senatoru öldü
Sabiq senatorun ölüm səbəbi açıqlanmayıb.
Bu ilin fevral ayında Doul ona bədxassəli ağciyər şişi diaqnozu qoyulduğunu bildirmişdi. Ehtimal olunur ki, ölümə səbəb də budur.
Qeyd edək ki, Doul ermənilərin aktiv müdafiəçisi olub. O, qondarma “erməni soyqırımı”nın tanınması üçün lobbiçilik edib. 2019-cu ildə Ermənistan prezidenti Armen Sarkisyan onu Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsi və inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


