Emin Hüseynov Ağdamda görülən işlərdən danışdı

   Emin Hüseynov Ağdamda görülən işlərdən danışdı
  06 Dekabr 2021    Oxunub:1882
"Altı ay ərzində Ağdamda böyük işlərə başlanılıb. Məlumdur ki, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində daş-daş üstündə qalmayıb. Ağdam və Füzuli rayonları çox əhəmiyyətli dərəcədə minalar və partlammamış hərbi sursatlarla çirklənmişdi. Ağdam şəhərinin mərkəzinə elekterik xəttinin çəkilişi tam bir il çəkdi. Lakin biz bunu etdik. Ağdamda artıq elektrik enerjisi var".
AzVision.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib. O bildirib ki, neytral zona deyilən keçmiş təmas xəttindən 20 metrlik enliyində dəhlizin açılmasına nail olunub:

“Baza infrastrukturun -rabitə xətləri, yolların çəkilməsi yeklunlaşandan sonra şəhərsalma planına uyğun olaraq ilkin yaşayış məskənlərinin tikilməsinə başlanılacaq. Artıq başlanılıb, məktəb, xəstəxana tikilir. Ağdam Sənaye Parkının mobiliziyası zonası hazırdır, bizdən status almış 5 şirkətin orada zavodlarının açması üçün təməl qoymaları hazırdır. Biz böyük ümidlə baxırıq ki, eyni prosesləri digər yerlərdə də edəcəyik”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti